17 Dekabr 2014 12:07
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ana Vətən Partiyası bələdiyyə seçkiləri ilə bağlı müşavirə keçirib. Partiyanın mərkəzi ofisində baş tutan müşavirədə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundan olan bələdiyyə üzvlüyünə namizədlər və rayon (şəhər) təşkilatlarının rəhbərləri ilə müzakirə aparılıb.

Müşavirədə çıxış edən Ana Vətən Partiyası Mərkəzi Aparatının rəhbəri Elçin Ağamalı bələdiyyə seçkilərində AVP-nin uğurla çıxış etdiyini qeyd edib. Statistik məlumatları müşavirə iştirakçılarının nəzərinə çatdıraraq bildirilib ki, partiya 1000-dən artıq namizəd irəli sürüb və bunlardan 572 nəfəri qeydiyyatdan keçib. 3000-ə yaxın müşahidəçinin siyahısı DSK-lara təqdim olunub.

Çıxış edən bələdiyyə üzvlüyünə namizədlər və partiyanın struktur rəhbərləri Y.Hacıyeva, F.Qafarova, N.Ağayev, B.Mustafayev və digərləri bildiriblər ki, Ana Vətən Partiyası bələdiyyə seçkilərində hər zaman yüksək nəticələr əldə edib. Qeyd olunub ki, bu seçkilərdə də seçki kampaniyası uğurla davam edir.

Vurğulanıb ki, AVP-dən bələdiyyə üzvlüyünə namizəd seçilmiş qadınların sayındakı artım da partiyanın qadınlara etimadının və qayğısının yüksək olduğunu göstərir.

Həmçinin seçki kampaniyasında bələdiyyələrə namizədlərin seçiciləri ilə görüşlərinin təşkili, seçki platformalarının seçicilərə təqdimatı ilə bağlı fikir mübadiləsi aparılıb.

NƏRGİZ


Müəllif:

Oxşar xəbərlər