17 Dekabr 2014 12:30
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mən Milli Şuranın və Müsavat partiyasının keçirdikləri mitinqlərin mənalarını başa düşmədim. 50-100 veteran partiya üzvlərini böyük meydana toplamaqla özünü kiçik halda göstərmək nəyə lazımdır? Əksinə bu hal iqtidara yarıyır və beynəlxalq aləmə göstərsin ki, baxın, müxalifətin sosial bazası yoxdur. Biz vətəndaşların hüquqlarını, o cümlədən sərbəst toplaşmaq haqqını tanıyırıq".

Teleqraf.com xəbər verir ki, bunu AMİP sədrinin müavini Əli Orucov Müsavat Partiyasının dekabrın 14-də keçirdiyi mitinqə münasibət olaraq bildirib.

Onun sözlərinə görə, belə sönük və qeyri-kütləvi aksiyaların keçirilməsi cəmiyyətə mənfi impuls verir: "Və onsuz da siyasətlə maraqlanmayan insanlar bu görüntüyü görəndən sonra tamam uzaqlaşırlar. Mən deyərdim kütləvi aksiya takitasında iqtidar daha çox devindent götürür və Milli Şura və Müsavatın özünü ifşasına imkan yaradır".

Ayxan


Müəllif:

Oxşar xəbərlər