Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bu gün Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqanla partiyanın mənzil-qərargahında görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyasının mətbuat xidməti məlumat yayıb. Məlumata görə, görüşdə qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıq işləri və seçki kampaniyasının gedişi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Morninqstar avqust ayında ölkəni tərk etdikdən sonra onun səlahiyyətlərini müvəqqəti işlər vəkili Derek Hoqan yerinə yetirir.
Səxavət