20 Dekabr 2014 17:38
989
12 Punto 14 Punto 16 Punto 18 Punto

KXCP-də narazılıq yaranıb. Bu haqda sosial şəbəkələrdə məlumat yayılıb.

Məlumata görə, KXCP sədri Mirmahmud Mirəlioğlunun Demokratiya və İnsan Haqları Mərkəzinin təsis olunmasında xüsusi rol oynaması, eləcə də dialoq məsələsində təşəbbüslə çıxış etməsi, bu prosesin müsbət sonluqla nəticələnməsi partiyada müəyyən insanlarda narazılıq yaradıb.

Onların növbəti qurultay zamanı KXCP sədrini dəstəkləməyəcəkləri haqda fikirlər də vurğulanıb. Qeyd olunub ki, bu insanlar partiyanın Milli Şurada fəaliyyət göstərməsini məqbul hesab edirlər. Hələlik bu informasiyanın nə dərəcədə əsaslı olduğu bəlli deyil.

Qeyd edək ki, Mirmahmud Mirəlioğlunun son iki təşəbbüsü uğurla nəticələnib. Bu da ola bilsin ki, ona qarşı olan siyasətçilərdə heç də xoş təəssürat yaratmır.

Cavidan


Müəllif:

Oxşar xəbərlər