Son zamanlar ciddi tənqid və ittihamlarla qarşılaşan, habelə Gürcüstana buraxılmayan “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli bəyan edib ki, paradoksal hal yaranıb.
Onun fikrincə, Gürcüstanın indiki hakimiyyəti ağla qaranı, dostla düşməni səhv salıb:
“Gürcüstanı içəridən sarsıtmağa çalışan, separatçı Vahan Çaxlayanı zindandan azadlığa çıxarır, Ermənistandan Gürcüstanı separatçı hərəkətləri ilə təhdid edən Şirak Torosiyanın isə Gürcüstana giriş qadağasını aradan qaldırır. Xalqlarımızın, mədəniyyətlərimizin dostluğu, birlik və bərabərliyi yolunda ömür sərf edən Zəlimxan Məmmədlinin isə öz ata yurduna qapısını bağlayır. Paradoks! Ya Gürcüstan siyasi hakimiyyəti uzağı görməkdə zorlanır, ya da erməni labirintindədir? Gürcüstan siyasi elitası öz dövlətçiliyinə arxadan zərbə vuranları ayırd etməli, ən yaxın zamanda mənim ata-anamın qəbrini ziyarət etməyə şərait yaratmalıdır”.
Cavidan