Müxalifətin “Düşüncə” Mərkəzi adlı qurumundan xəbər yoxdur. Son aylar yaradılan, arabir gündəmə gələn bu qurumun nə zaman toplandığı, nə zaman iclas keçirdiyi, hansı məsələləri müzakirəyə çıxardığı bilinmir.
Bəlli olan budur ki, belə adda qurum yaradılıb, Müsavatın sabiq başqanı İsa Qəmbər bu quruma rəhbərliyə gətirilib. Ancaq ötən gün sosial şəbəkələrdə “Düşüncə” Mərkəzinin üzvləri olan politoloq Zəfər Quliyevlə sabiq baş nazir Pənah Hüseynin fotosu yayılıb. Belə görünüb ki, bu mərkəzin toplantısından sonra çəkilən fotodur. Mərkəz üzvləri isə toplantının keçirilmədiyini bildiriblər.
Xatırladaq ki, bir müddət əvvəl qurumun toplantısı keçirilib, hətta qərara alınıb ki, dinləmələr təşkil edilsin. Dinləmələrin mövzuları da müəyyən edilib. Lakin görünən budur ki, indiki mərhələdə mərkəzin toplaşmasına ehtiyac hiss edilmir.
Cavidan