7 May 2014 18:00

I hissə

Azərbaycanda indiyə qədər misli görünməmiş casusluq qalmaqalı qızışır. Bu qalmaqalda əksər tanınmış ictimai xadimlərin, hətta siyasətçilərin də adı keçir.

Lakin heç bir şübhə yoxdur ki, yeni “erməni məsələsi”ndə adı hallanan başlıca fiqur həm Azərbaycanda, həm də xaricdə yaxşı tanınan ər-arvad Yunuslardır.

Bu məsələ mənim üçün həmişə anlaşılmaz qalıb: Xalq Cəbhəsinin (bugünkü müxalifət liderləri məhz onun şinelindən çıxıblar) milli-demokratik hakimiyyətinin formalaşdığı illərdə erməni mənşəli adamların yeni hökumətin ən ali və strateji postlarına qədər gedib çıxması necə baş verdi, erməni mənşəli məmurları bu hakimiyyətin yuxarı eşelonuna kim buraxdı?

Bir azərbaycanlının 1992-ci ildə Levon Ter-Petrosyan administrasiyasında informasiya şöbəsinin müdiri postu tutmasını bəlkə kimsə özlüyündə təsəvvür edə bilər? Belə şey mümkündürmü?

Dövlətlərin milli təhlükəsizliyi barədəki nəzəriyyələrə azdan-çoxdan bələd olan istənilən sağlam düşüncəli adamın bu suala reaksiyası belə olar: “Mümkün deyil! Cəfəngiyyatdır!”

Özü də nəzərə almaq lazımdır ki, istənilən müharibənin ən qızğın çağında belə, yəni milli mənsubiyyətə görə seçim etmək cəhdinin nasizmə, faşizmə və ya milli ayrı-seçkiliyə qətiyyən dəxli yoxdur. Burada söhbət hər şeydən əvvəl önləyici tədbirlərdən, daha sadə dillə desək, istənilən dövlət orqanizminin öz immun sistemini qorumaq məqsədilə atdığı profilaktik addımlardan gedir.

Amma təəssüf ki, bizdə başqa hadisələr baş verirdi. Genişmiqyaslı erməni-azərbaycanlı müharibəsi (bu millətlərarası hərbi münaqişənin əsas təşəbbüskarlarından biri olan Robert Köçəryanın səmimi etirafına görə, həmin müharibə ermənilərin azərbaycanlılara milli zəmindəki nifrətindən doğmuşdu) zamanı faktiki olaraq erməni millətindən olan şəxslər - Arif Yunus, Ramiz Yunus və Leyla Yunus millətçi qüvvələrin hakimiyyətində həlledici əhəmiyyətə malik dövlət postlarına sahiblənmişdilər. Bu, absurd deyildimi? Təzad deyildimi? Bu, milli satqınlıq formasındakı paranoya idi...

Gəlin birbaşa əlahəzrət faktlara keçib onlara nəzər salaq.

Arif Yunus: “tam məxfi” qrifli

Arif Yunusun atası 1931-ci ildə anadan olmuş, İsmayıllı rayon sakini Seyfulla Əbdüləhəd oğlu Yunusovdur. Atasını erkən itirən Seyfulla erməni ailəsində böyüyüb boya-başa çatıb və orada tərbiyə alıb. Bu da onun gələcəkdə özünə ömür-gün yoldaşı seçməyinə, kiminlə ailə qurmağına həlledici dərəcədə təsir edib.

Seyfulla Yunusov 1952-ci il, martın 24-də Arşaluys Arsenovna Barseqyan adlı erməni qadınla evlənib.

Beləliklə, Arif Yunusun anası Arşaluys Arsenovna Barseqyan adlı ermənidir. Dağlıq Qarabağın Martuni rayonunun sakini olan bu qadın sonralar Bakının Nərimanov rayonunda, Daş karxanası küçəsi, 772 saylı evdə yaşamışdı.

Buyurun, bu da Arşaluys Barseqyanın fotosu:

Bu isə onun nikah haqqındakı şəhadətnaməsi:

Arif Yunusun yaxın qohumları bu günə qədər də Ermənistanda, Dağlıq Qarabağda və Rusiyada yaşayırlar. Onlar orada Qarabağ savaşı zamanı - 1991-1993-cü illərdə məskunlaşıblar.

Məsələn, Arif Yunusun doğma dayısı Suren Barseqyan ömrünün sonuna qədər erməni işğalındakı Şuşada yaşayıb. Suren Barseqyanın övladları, yəni cənab Arif Yunusun dayısı oğlanları Arsen, Erik, Armen və dayısı qızı, habelə “Surik dayı”nın arvadı Kamella isə hələ də Şuşada yaşayırlar.

Arif Yunusun iki xalası - Nadya Gevorkyan və Siran Barseqyan (əri Qrişa ilə birlikdə) isə bu yaxınlara qədər Rusiyanın Krasnodar diyarında yaşayıblar.

Və... Və ermənilərlə belə yaxın və möhkəm qan qohumluğu bağlarına malik olan (bu qohumluqda Arif Yunusu qınamağa əsas yoxdur, o, bu məsələdə günah sahibi deyil, sadəcə taleyi belə gətirib) bu adam Ermənistanla və dünya erməniləri ilə münaqişəyə cəlb olunmuş bir ölkədə ictimai fəaliyyətə başlayır.

Atası erməni ailəsində böyüyən, anası isə xalis erməni olan bir adam bu müharibədə hansı mövqeyi tuta bilərdi? Bu sual hamı üçün ritorik xarakter daşıyır. Amma bəs mahiyyət nədir?

Mahiyyət odur ki, damarlarında təmiz erməni qanı axan bu adam Əbülfəz Elçibəyin prezidentliyi dövründə, yəni azərbaycanlıların Qarabağ savaşında erməni gülləsindən öldüyü, ermənilərin azərbaycanlı soyqırımı ilə məşğul olduğu, bütöv şəhər və kəndləri dağıdıb viran qoyduğu bir vaxtda Azərbaycan prezidentinin administrasiyasında çox vacib və həlledici bir post tutur! Arif Yunus Azərbaycan prezidentinin administrasiyasında analitik informasiya idarəsinin rəisi təyin edilir!

Arif Yunusun bu postdakı fəaliyyətinin mahiyyəti hələ də sirr pərdəsi altında gizli qalmaqdadır. Yalnız bu məlumdur ki, A.Yunus 1988-ci ildən etibarən həm Ermənistanın o vaxtkı siyasi rəhbərliyinin təmsilçiləri, həm də yenicə formalaşan ümumerməni cəbhəsindən olan adamlarla çoxsaylı görüşlər keçirmişdi. A.Yunus onlarla adətən üçüncü ölkələrin ərazisində görüşürdü. Özü də hətta Azərbaycan Prezident Aparatının baş analitiki və informatoru qismində...

* * *

Düşünmək üçün əlavə məlumat

Azərbaycanın o zamankı rəhbərliyi 1991-ci ildə Dağlıq Qarabağın şimalında “Həlqə” kod adlı yaxşı bir hərbi əməliyyat həyata keçirdi. Azərbaycan hüquq-mühafizə orqanları bu taktiki gediş nəticəsində erməni separatçılarını işğal etdikləri bu ərazilərdən qısa müddətdə vurub çıxarmağa və əraziləri erməni silahlı banditlərindən və gizli ekstremist təşkilatların nümayəndələrindən təmizləməyə nail oldular.

Bu əməliyyat həyata keçiriləndən dərhal sonra Azərbaycan müxalifətinin liberal-demokrat qanadı, o cümlədən Leyla Yunus, Arif Yunus, Hikmət Hacızadə Azərbaycana qarşı misli görünməmiş bir təbliğat-təşviqat kampaniyasına başladı. Bu adamlar haray-həşir salmışdılar ki, Azərbaycan guya Qarabağın şimalındakı yerli ermənilərin buradan deportasiya olunması üçün məqsədyönlü etnik təmizləmə siyasəti yürüdür.

Bu adamlar Baltikyanı ölkələrin birində keçirilmiş mətbuat konfransında postsovet məkanının liberal dairələrinin diqqətini “ermənilərin məskunlaşdığı ərazilərdəki etnik təmizləmə”yə cəlb etmək üçün əllərindən gələni elədilər.

Siz bunun nə demək olduğunu təsəvvür edirsinizmi? Zamanın saraltdığı qəzetləri vərəqləyin. Hər şeyi özünüz görəcəksiniz. Həm də söhbət axı çox yaxın tarixdən gedir!

Çaykənd xüsusi əməliyyatının demək olar ki, elə səhərisi gün Arif Yunus erməni xüsusi xidmət orqanlarının məxfi əməkdaşı Laura Baqdasaryana (bu qadın “Hayastani Anrapetutyun” qəzetinin beynəlxalq icmalçısı adı altında maskalanıb fəaliyyət göstərirdi) “Azərbaycan və sovet qoşunlarının Çaykənddəki vəhşiliklərini sübut edən informasiya” göndərmişdi.

Bəli, bəli, bu, həmin o Laura Baqdasaryan idi ki, ər-arvad Yunuslar az sonra onunla birlikdə “xalq diplomatiyası” layihəsini işə salacaqdı. Söhbət həmin Baqdasaryanın özündən gedir. L.Baqdasaryan isə Yunuslar cütlüyü kimi etibarlı mənbəsinə istinadən “Hayastani Anrapetutyun” qəzetində “dinc erməniləri qırıb-çatan azərbaycanlı faşistləri ifşa etməyə” başladı...

Gizli qüvvələr hələ uzaq 1991-ci ildə “beşinci kolon”u hərəkətə gətirmişdi. Bu kolon isə erməni təbliğatı ilə eyni ələ oynayırdı! Bu qüvvələr birləşdilər və Azərbaycan KQB-sinin xüsusi bölmələrinin və SSRİ-nin xüsusi qoşun birləşmələrinin erməni silahlı bandalarını təmizləmək üçün irəliləməsinin qarşısını birgə səylərlə almağa hər halda nail oldular!!!

* * *

Bu adamların - sonradan Azərbaycanın yeni hakimiyyətində strateji postlar tutmuş Yunuslar ailəsi üzvlərinin xəyanət və satqınlığının miqyasını təsəvvür etmək çətin deyil. “Beşinci kolon”un bu gizli agentlərinin Elçibəy hakimiyyəti dövründəki konkret əməlləri haqda birmənalı mühakimə yürütmək bir qədər çətindir. Amma Arif Yunusun sonrakı fəaliyyəti hər şeyi bütün çılpaqlığı ilə ortaya qoyur.

Arif Yunus 2000-ci ilin oktyabrında dırnaqarası “Dağlıq Qarabağ Respublikası”nın Helsinki Vətəndaş Assambleyasının fəallarından biri Janna Alekseyeva-Krikorova ilə tərəfdaşlığa başlayır. Onlar Bakıda “xalq diplomatiyası” formatı çərçivəsində keçirilən konfransda tanış olmuşdular. Bircə onu əlavə etmək lazımdır ki, Janna Krikorova Qarabağ müharibəsi zamanı hərbi qulluqçu olub, erməni “özünümüdafiə dəstələri”ndə feldşer kimi xidmət edib. Müharibə bitəndən sonra isə o, “DQR” “prezidenti”nin mətbuat xidmətinə rəhbərlik etmişdi.

Arif Yunusla “pasifist və sülhpərvər” J.Krikorova arasında çox maraqlı elektron yazışmalar başlayır. Arif Yunus bu yazışmalar zamanı ona ürəyini tam açır, Qarabağ haqda “inci kimi” sözlər işlədir, “azərbaycanlıların primitivliyi və heç də uzaqgörən olmaması” barədə etiraflar edir. A.Yunusla J.Krikorovanın yazışmasına hələ sonra qayıdarıq.

Hələliksə biz A.Yunusun digər tərəfdaşları barədəki informasiyaları böyük məmnuniyyətlə oxucuların ixtiyarına və mühakiməsinə veririk. Həmin tərəfdaşlar arasında Ermənistan parlamentinin keçmiş əməkdaşı Aleksandr İsgəndəryan, Ermənistan xüsusi xidmət orqanlarının sabiq rəhbəri, Yunuslar ailəsinin əziz-girami dostu David Şahnazaryan, Migen Xaçaturyan, “Daşnaksütyun” partiyasının Qarabağ qanadının fəalları, o cümlədən David İşxanyan və digərləri vardı. Bir sözlə, Arif Yunus Ermənistanda və Dağlıq Qarabağda keçirilən “sülhyaradıcı” konfrans və seminarların həmişə əziz qonağı və iştirakçısı olub.

Ramiz Yunusov: “tam məxfi” qrifli

Arif Yunusun özündən kiçik üç qardaşı var. Onlardan ən çox tanınmışı hazırda ABŞ-da yaşayan Ramiz Yunusovdur. Digər iki qardaşından biri - 1956-cı il təvəllüdlü Yunusov (Barseqyan) Vaqif Seyfulla oğlu Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun keçmiş əməkdaşıdır. Vaqif Yunusov İrina Pavlovna ilə evlidir. Vaqifin iki qızı var - Səbinə (1989-cu il təvəllüdlü) və İradə (1994-cü il təvəllüdlü).

Digər qardaş - Yunusov (Barseqyan) Raqif Seyfulla oğlu 1962-ci ildə anadan olub və Bakıda yaşayır.

Arifdən fərqli olaraq sonradan amerikalıya çevrilmiş Ramiz Yunusov AXC hakimiyyəti dövrünün ən korrupsiyalaşmış məmurlarından biri olub. Hiyləgər, daha açıq desək, məkrli davranıb və sənədləri saxtalaşdırma yolu ilə öz erməni köklərindən azad olub. Onun pasport məlumatlarında anası Barseqyan Arşulyus Arsenovna qələmin yüngülvari hərəkəti ilə Dağıstan sakini, milliyyətcə osetin Asiyat Əsgər qızına çevrilib.

Hələ sovet dövründən Ramiz Yunusov özünə həyatda yol aça bilib. Xırda möhtəkirliklə məşğul olaraq və o vaxt Bakının milis şöbələrində “xarici sabun və şampun” sataraq bacardığı kimi qazanıb.

Yunusov-Barseqyan Ramiz 03.11.1959-cu ildə Bakıda anadan olub. Natalya Borisovna Sibarina ilə evlidir. Onların birgə nikahından iki oğulları - Ruslan (1983-cü il) və Fərman (1991-ci il) dünyaya gəlib.

Ramiz Barseqyan-Yunusov öz karyerasına Dövlət Mineral Ehtiyatlar və Geologiya Komitəsində başlayıb, sonra Yəməndə xidməti ezamiyyətdə olub. Ramiz Yunusov Yəmənə neft mütəxəssisi kimi ezam olunub və SSRİ Geologiya Nazirliyinin xətti ilə işləyib.

Həmin dövrdəki fəaliyyəti ərzində R.Yunusov Qabrielyan adlı birisinin himayəsi altında olub. Əsasən “azərbaycanlıların Sumqayıtdakı vəhşilliklərindən” hiddətlənən və bu millətə nifrətini açıq büruzə verən ermənilərlə ünsiyyətdə olub.

Ayaz Mütəllibovun hakimiyyətinin devrilməsi və Xalq Cəbhəsinin hakimiyyətə gəlişindən sonra Yunusov-Barseqyan Nazirlər Kabinetinin işlər müdiri vəzifəsini tutub. Sonra öz yaxın dostunun - Milli Məclisin sədri İsa Qəmbərin təşəbbüsü ilə ilk baxışdan diqqəti cəlb etməyən vəzifəyə - parlamentin işlər idarəsinin rəhbərliyinə təyin olunub.

Diqqətli teletamaşaçılar yəqin ki, parlamentin salonunda o vaxtlar tez-tez gözə dəyən mafioz görkəmli (nədənsə o, parlamentin iclaslarında günəş eynəyi taxaraq otururdu), arıq sifətli, bahalı kostyumlar və brend ayaqqabılar geyən adamı xatırlayarlar.

Ramiz Barseqyan-Yunusovun özünə inamlı, ağayana davranışı ona cəbhəçilərin hakimiyyət iyerarxiyasında yüksək status verirdi. Boz kardinal İsa Qəmbərə ən çox yaxın olan adam kimi o, korrupsiya piramidasını və qeyri-leqal maliyyə axınlarını idarə edirdi, parlamentin spikerinin şəxsi göstərişlərini yerinə yetirirdi. Nə Yunusovdan əvvəl, nə ondan sonra parlamentin işlər idarəsinin rəhbəri heç vaxt bu cür geniş səlahiyyətlərə və yüksək statusa malik olmayıb.

Beləliklə, Yunusovlar ailəsi 1992-ci ildə iki strateji postu ələ keçirməyə nail olur. Özü də həm icraedici, həm də qanunverici hakimiyyətdə. Və bununla da hakimiyyətin ən informasiyalı mərkəzlərinə birbaşa çıxış əldə edə bilirlər.

Barseqyanlardan biri ölkənin ən ali qurumunun informasiya-analitik təminatı ilə məşğul olub, digəri isə qanunverici orqanın faktiki olaraq boz kardinalına çevrilib.

Göründüyü kimi, Barseqyanlar-Yunusovlar təkcə erməni xüsusi xidmət orqanları ilə deyil, eyni zamanda Rusiya məxfi xidmətləri ilə də sıx əməkdaşlıq edirdilər. Təkcə bir mühüm faktı qeyd edək. 1998-ci ildə Ramiz Yunusov Moskvada Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) nümayəndələri ilə bir neçə görüş keçirib. Rusiya xüsusi xidmət orqanlarının rəhbərliyi ilə R.Yunusov arasında əlaqəni Rusiyanın Ədliyyə Nazirliyinin o vaxtkı aparıcı əməkdaşlarından biri, Azərbaycanda yaxşı tanınan rusiyameylli siyasi xadim İlqar Qasımov yaratmışdı.

Arif, Ramiz və Leyla Yunuslar Moskvada general Qasımova tez-tez qonaq olurdular. Hansı ki, o, 2000-ci illərin ortalarında bu ailənin “sülhməramlı hüquq müdafiə fəaliyyətinə” iri məbləğdə vəsait ayırıb. Bu ailə hətta Misirə istirahətə də Moskvadan keçməklə gedirdi.

2004-cü ildə Azərbaycanda rusiyameylli təşkilat yaratmaq üçün uğursuz səy göstərən İ.Qasımovun bir çox jurnalistlərlə əlaqəsini də Arif Yunus yaratmışdı. Mümkündür ki, buna görə onlar özlərini Moskvada bu qədər sərbəst və imtiyazlı hiss edirdilər.

Düşünmək üçün əlavə məlumat

2002-ci ilin aprelində Arif Yunusun adına “Mostbank-Azərbaycan”da hesab açılıb. Az sonra Leyla Yunusun da adına hesab açılıb. 2012-ci ildə Arif Yunusun hesabına Moskvadakı erməni mənbələrindən o vaxt üçün az olmayan məbləğdə - 11 min 930 min dollar pul köçürülüb. Bu pulların bir hissəsi Karen Ohanyan adlı birisinin hesabından köçürülmüşdü.

Qəribə təsadüfdən məhz həmin dövrdə Leyla və Arif Yunuslar Azərbaycanda “Piyadalar əleyhinə minalara qarşı kampaniya” başladıblar. Bu kampaniya elə vaxtda aparılırdı ki, Ermənistan parlamentindəki gülləborandan və Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına olan ümidlərin həm Azərbaycanda, həm də Ermənistanda ölməsindən sonra Qarabağda hərbi əməliyyatların başlanmasına aparan yeni millətçi və revanşist hisslər baş qaldırmışdı.

Ancaq Yunuslar tərəfindən təsis olunan “Piyadalar əleyhinə minaların qadağan olunması kampaniyası” - Azərbaycanda rəsmi qeydiyyata alınmayan QHT hərbi dövr üçün tamamilə mənasız və ağılsız olan bir aksiya başlayır. Proqramın koordinatoru, yeri gəlmişkən, Fizuli rayonunda anadan olan Səfixanov Hafiz Mərkəz oğlu 2002-ci ilin noyabrında 12 əcnəbi ilə birlikdə cəbhə zonasına yollanır. Özü də hakimiyyətin icazəsi olmadan! Müvafiq yoxlamadan keçmədən! 12 əcnəbi vətəndaşın və mütəxəssisin adlarını açıqlamadan birbaşa Qarabağa soxulmaq!

Kampaniya çərçivəsində bu qrup düşmənlə neytral zonada piyadalar əleyhinə minaların təmizlənməsinə çağırıb. Bəs necə, deməli, Azərbaycanda belə hal da ola bilərmiş! Bəs “repressiv rejimin qurbanlarının” bütün dünyaya car çəkdiyi totalitar-stalinist dövlətin amansız əli hardadır? Axı Stalin dövründə bu cür satqınlığa görə Yunus cütlüyü heç Kolımaya qədər də gedib çata bilməzdi!

* * *

Leyla Yunus: “tam məxfi” qrifli

(davamı olacaq)

virtualaz.org


Müəllif:
Загрузка...