22 Dekabr 2014 16:19
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər sabah keçiriləcək bələdiyyə seçkilərində KXCP-nin namizədi Xəzər Teyyubluya səs verəcək.

Bu haqda İsa Qəmbər özünün facebook.com səhifəsində bildirib. O, qeyd edib ki, artıq mənzilinə bildiriş gəlib. Mən seçkidə iştirak etmək niyyətindəyəm:

“Səbəbi sadədir. KXCP-nin namizədi Xəzər Teyyublu bizim ərazimizdən namizəddir. Lövhədə cəmi iki plakat asılıb. Birincisi Xəzər Teyyublunun plakatıdır, ikincisi isə ümumi plakatdır. Başqa namizədlər heç plakat hazırlamağa da ehtiyac duymayıb. Bələdiyyə seçkisində iştirak etməyəcəyiksə parlament və prezident seçkilərində hansı məntiqlə iştirak edəcəyik? Odur ki, seçiciləri sabah məntəqələrə gedib Rəsulzadə qəsəbəsində Şamil Beydullaya, Nərimanov rayonunda Xəzər Teyyubluya səs verməyə dəvət edirəm”.

Cavidan


Müəllif:

Oxşar xəbərlər