22 Dekabr 2014 17:01
833
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bələdiyyə seçkilərinə hazırlıq yüksək səviyyədə həyata keçirilir".

Teleqraf.com-un xəbərinə görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

Onun sözlərinə görə, bələdiyyə seçkilərinə hazırlıq yüksək səviyyədə həyata keçirilir.

Seçkilərlə bağlı müxtəlif tədbirlərin təşkil olunduğunu vurğulayan M.Pənahov qeyd edib ki, sabah Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində 8 siyasi partiya iştirak edir: “Ancaq 30 siyasi partiyanın üzvləri isə müstəqil namizəd kimi seçkilərdə iştirak edəcəklər. Artıq 5 min 15 məntəqə seçkilərin çox yüksək səviyyədə keçirilməsinə hazırdır. Seçkilərdə 37 min 77 nəfər namizəd mübarizə aparacaq. Seçkilər yalnız işğal altında olan ərazilərimizdə məlum səbəblərdən keçirilmir. 5 min 15 məntəqədə səsvermədə həyata keçiriləcək. Seçki ərəfəsi fəallıq isə heç də zəif deyil. Bundan əlavə, biz daxili işlər naziri ilə də birgə işlər görürük ki, seçkilərdə təhlükəsizlik və digər bu kimi hallarla bağlı polis gücləndirilmiş iş rejimində çalışsın. Mən əminəm ki, sabah da seçkilərdə polis öz işini yüksək səviyyədə həyata keçirəcək və polislə bağlı problem olmayacaq”.

Bəxtiyar


Müəllif:

Oxşar xəbərlər