Polis əməkdaşları tərəfindən əhalinin istirahətinə maneə yaradan partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Teleqraf.com xəbər verir ki, Ağdaş rayon polis şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən növbəti tədbir zamanı rayon ərazisində yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki maddələrin satışını gizli şəkildə təşkil edən şəhər sakini İlham Vahabov saxlanılıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci (İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib.