Bu gün səhər saatlarında Babək rayonunun Cəhri qəsəbəsində iki nəfərin ölümü nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə Gülşənabad kəndinə gedən yolda körpünün 230 metr yaxınlığında baş verib.
Qəzaya səbəb taksi xidməti göstərən “NAZ Lifan” markalı 75-TA-521 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, Babək rayonunun Payız kənd sakini, 1968-ci il təvəllüdlü Kamil Alcəfərovun idarəetməni itirməsi olub.
Avtomobildə sürücünün öz ailə üzvlərindən ibarət 5 nəfər olub. Onlardan həyat yoldaşı 1969-cu il təvəllüdlü Alcəfərova Durna İbrahim qızı və nəvəsi 2019-cu il təvəllüdlü Alcəfərov Ramil İsmayıl oğlu ağır bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılsalar da, onların həyatını xilas etmək mümkün olmayıb.
Sürücü isə xəstəxanaya yerləşdirilib. Qəza zamanı onun sol körpücük sümüyü sınıb. Digər sərnişinlər Alcəfərov Musa İsmayıl oğlu və Alcəfərov Asim Musa oğlu isə yüngül xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.