3 Yanvar 2023 10:48
516
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qax rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Qaşqaçay kənd inzibati ərazisinin meşəlik sahəsində qeydə alınıb.

1977-ci il təvəllüdlü rayon sakini Elsevər Quliyev qurumuş ağacı kəsərkən iri budaq onun üzərinə düşüb.

Həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Polis və prokurorluq əməkdaşları həmin ərazidə olub, ətraflı müayinələr aparıblar.

Qax rayon sakini meşəlik ərazidə bədbəxt hadisə nəticəsində ölüb.


Müəllif: Teleqraf.com