5 Yanvar 2023 12:01
527
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə əldə edən şəxs həbs edilib.

Teleqraf.com xəbər verir ki, narkotik vasitəni saxlamaqda şübhəli bilinən şəhər sakini Diana Mehdiyeva saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 5.54 qram narkotik vasitə olan “marixuana” aşkar edilib.

Saxlanılan şəxsin ətrafında davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki istifadəyə yararsız tikilidə gizlətdiyi 6 torbada ümumi çəkisi 36 kq 745 qram “marixuana” da aşkar edilib.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanıb.

Araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov