19 Yanvar 2023 09:57
478
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göygöl rayonunda 8 yaşlı qızın ölümü ilə nəticələnən qəza baş verib.

Teleqraf.com xəbər verir ki, yanvarın 18-də saat 19 radələrində Göygöl rayonunun Hacıməlik qəsəbəsi ərazisində qəsəbə sakini B.Salmanovun idarə etdiyi “Opel” və Şəmkir rayon sakini A.Tağıyevin idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub.

Nəticədə B.Salmanovun 8 yaşlı qızı Ləman hadisə yerində ölüb, anası isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov