23 Yanvar 2023 09:28
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı metrosunda maşinist iş başında ölüb.

Teleqraf.com xəbər verir ki, Bakı Metropoliteni QSC-də təsərrüfat qatarını idarə edərkən 1958-ci il təvəllüdlü Aydın Kərimlinin qəfildən halı pisləşib və vəfat edib.

İlkin məlumata görə, hadisə dünən “Avtovağzal” metro stansiyasında baş verib.

Faktı Bakı Metropoliteni QSC-nin mətbuat xidmətindən təsdiq ediblər.


Müəllif: Teleqraf.com