24 Yanvar 10:48
346
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtın Xətai rayonunda mağaza satıcısının 190 manat pulunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən şəxs müəyyən olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirlib.

Araşdırmalarla məlum olub ki, o, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 7 dəfə məhkum olunub.

Onun saxlanılması istiqamətində tədbirlər görülür.

***

09.20

Bakıda mağazaya silahlı basqın edilib.

Teleqraf.com "Report"a istinadla xəbər verir ki, yanvarın 22-si saat 20 radələrində paytaxtın Xətai rayonu, X.Rüstəmov küçəsi, 23 saylı ünvanda yerləşən mağazada qeydə alınıb.

Belə ki, şəxsiyyəti istintaqla məlum olmayan şəxs obyektə müştəri qismində daxil olub. Daha sonra o, mağazada satıcı işləyən İsmayılova Gülçöhrə Səxavət qızına həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edib, silah qismində istifadə etdiyi bıçaqla vuracağı ilə hədələyib. Həmin şəxs içərisində 160 manat məbləğində pul olan 25 manat dəyərində çantanı və kassada olan 30 manat məbləğində pulu götürərək ərazidən uzaqlaşıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində Cinayət Məclləsinin 181.1-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.


Müəllif: Teleqraf.com