24 Yanvar 09:56
297
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində oğurluq edilib.

Teleqraf.com xəbər verir ki, yanvarın 15-də Sumqayıt şəhər sakini olan bir qadının bank hesabından 270 manatının oğurlanması barədə polisə məlumat daxil olub.

Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Kimyaçılar qəsəbə sakini Sənan Məmmədov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov