26 Yanvar 23:59
350
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəbələdə naməlum şəraitdə itkin düşmüş şəxsin axtarışları davam edir.

Teleqraf.com xəbər verir ki, keçən il noyabrın 29-dan itkin düşmüş Həmidov Səyavuş İbrahimxəlil oğlundan hələ də xəbər yoxdur.

“Artıq iki aya yaxındır qardaşımdan heç bir xəbər yoxdur” - deyə itkin düşən şəxsin qardaşı Mehdi Həmidov bildirib.

M.Həmidov onu da bildirib ki, yaxın günlərdə yenidən genişmiqyaslı axtarışlar təşkil ediləcək.


Müəllif: Mənbə/APA