Oxşar xəbərlər
İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli bu gün Rusiyanın Moskva şəhərinin “Şeremetevo” hava limanında həmin ölkənin xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Teleqraf.com xəbər verir ki, Samir Adıgözəlli Azinforum.az-a ona saxlanmasının səbəbini Rusiyanın xüsusi xidmət orqanlarının xüsusi göstərişinin olması ilə izah edib.
Əsas kimi RF qanunun 26 və 27-ci maddələrinin tələblərini göstəriblər. İSBAM sədrinin təcridxanadan göndərdiyi videomüraciəti təqdim edirik: