27 Yanvar 2023 17:52
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi və satışını həyata keçirən 2 nəfər - Fariz Mehdiyev və Əflatun Nəsrullayev saxlanılıblar.

Teleqraf.com xəbər verir ki, həmin şəxslərdən ümumilikdə 2 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib. Saxlanılan şəxslər paytaxt ərazisində narkokuryerlik etdiklərini və onlayn yolla əldə etdikləri narkotiklərin satışını həyata keçirdiklərini bildiriblər.

Faktlarla bağlı 4-cü polis şöbəsində toplanan materiallar Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.

Araşdırmalar davam etdirilir.

Fariz Mehdiyev və Əflatun Nəsrullayevin üzvü olduqları narkoşəbəkənin digər üzvlərinin və Binəqədi rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən olunması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.


Müəllif: Hacı Zeynalov