Oxşar xəbərlər
Peruda 60 sərnişini olan avtobus uçurumdan aşıb.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, avtomobil Panamerika magistralının 121-ci km-də, Talara əyalətində El Altonu Los Organosla birləşdirən hissədə uçuruma düşüb.
Ölkə mətbuatı 25 nəfərin qəzanın qurbanı olduğunu bildirib. Hüquq-mühafizə orqanlarından ölənlərin sayı ilə bağlı hələlik rəsmi məlumat daxil olmayıb.
İlkin versiyaya görə, sürücü yolun dik yamaclı hissəsində idarəetməni itirib. Faciə gecə saatlarında baş verib.
Polis qəzanın səbəblərini araşdırır.