29 Yanvar 2023 01:29
915
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy rayonunda baş verən zəlzələ nəticəsində 2 nəfər ölüb, 307 nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Moctaba Xaledi bildirib.

Ölü və yaralıların sayının artacağı ehtimal olunur.

Qeyd edək ki, İranda 5,8 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Xoy şəhərindən 6 kilometr cənub-qərbdə, ocağı isə 15 kilometr dərinlikdə yerləşib.

***

00:20

İranın Azərbaycan türklərinin yaşadığı şəhərlərdən biri olan Xoyda şəhərində 5,8 bal gücündə zəlzələ baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Rəyasət Heyəti məlumat yayıb.

Bildirilir ki, şiddətli zəlzələ nəticəsində bir çox bina çöküb.

Türkiyə mətbuatının yazdığına görə, 6 kilometr dərinlikdə baş verən zəlzələ Vanda da hiss olunub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən saytımıza bildirilib ki, zəlzələ Naxçıvan Muxtar Respublikasında 5,3 bal gücündə hiss olunub.

Yeraltı təkanlar saat 22:15 radələrində qeydə alınıb, 10-15 saniyə davam edib.

İlkin məlumata görə dağıntı və tələfat yoxdur.


Müəllif: Teleqraf.com