29 Yanvar 2023 13:36
395
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın Bəlucistan əyalətində avtobusun qəzaya uğraması nəticəsində azı 41 nəfər həlak olub.

Teleqraf.com xəbər verir ki, Kvettadan Kəraçiyə hərəkət edən və içərisində 48 sərnişinin olduğu avtobus magistral yolda körpünün dayağına çırpılaraq xəndəyə düşüb və yanıb.

Qəza avtobus sürücüsünün sürət həddini aşması səbəbindən baş verib.


Müəllif: Teleqraf.com