29 Yanvar 2023 14:22
503
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatla bağlı keçirilən əməliyyatlar nəticəsində rayon sakinlərindən ov tüfəngləri aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Rayon sakinləri- Bədəl Əliyev, Vüqar Nuriyev və Fəxrəddin Əliyevən müvafiq sənədləri olmayan “İJ”, eləcə də “TOZ” markalı tüfənglər aşkar edilib.

Həmin şəxslər barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib.


Müəllif: Hacı Zeynalov