29 Yanvar 19:08
489
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beyləqanda 2 nəfərim ölümü ilə nəticələnən qəza baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Beyləqan Daşburun yolunda qeydə alınıb. 50-BT-575 dövlət qeydiyyat nişanlı mersedes markalı minik avtomobili hərəkətdə olan zaman sürücü idarə etməni itirib. Nəticədə avtombil yoldan çıxaraq su kanalına aşıb. Qəza zamanı iki nəfər yerindəcə həyatını itirib. Bir nəfər isə ağır bədən xəsarətləri alaraq Beyləqan rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com