29 Yanvar 19:48
372
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Xoy şəhəri yaxınlığında 4,5 bal gücündə daha bir zəlzələ olub.

Teleqraf.com xəbər verir ki, zəlzələ saat 18:41-də, yerin 5 kilometr dərinliyində qeydə alınıb.

Təbii hadisə Naxçıvan şəhərində də hiss edilib.

Zəlzələ təxminən 8-10 saniyə davam edib.


Müəllif: Teleqraf.com