Oxşar xəbərlər
Rusiyanın paytaxtı Moskvadakı "İzmailovo" konsert zalının işçiləri və qonaqları partlayış təhlükəsi ilə əlaqədar təxliyə edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın fövqəladə hallar xidmətindən TASS-a bildirilib.
"İzmailovo” konsert zalında partlayış təhlükəsinin olması ilə bağlı anonim məlumat daxil olub. Təhlükəsizlik məqsədilə işçilər və ziyarətçilər təxliyə edilib", - agentliyin mənbəyi bildirib.
Mütəxəssislər binanı və konsert zalına bitişik ərazini partlayıcı əşyaların və ya maddələrin olub-olmadığını yoxlayırlar.
Qeyd edək ki, bu gün saat 18:00-da “İzmailovo” konsert zalında erməni rəqs məktəbinin konserti başlayıb.