Şahbuz rayonunda narkotik və psixotrop maddələrin dövriyyəsində şübhəli bilinən şəxs müəyyən edilərək məsuliyyətə cəlb edilib.
Bu barədə Teleqraf.com-a Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən bildirilib.
Rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə Babək rayonu Məzrə kənd sakini 1984-cü il təvəllüdlü Vidadi İbrahimov saxlanılıb.
Onun üzərindən 5,137 qram olan metamfetamin aşkar edilərək götürülüb.
Psixotrop maddənin hansı mənbədən əldə etməsi istiqamətində tədbirlər davam etdirilir.
Bundan başqa, Şərur rayon Polis İdarəsinin əməkdaşları daxil olmuş əməliyyat məlumatları əsasında keçirdikləri tədbirlər nəticəsində Çomaxtur kənd sakini Nurəddin Məmmədov və Sərxanlı kənd sakini İdris Şükürovdan 12 kalibrli qanunsuz saxlanılan silahları aşkarlayaraq götürüblər.