31 Yanvar 2023 14:49
445
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bələdiyyə əmlakının mənimsənilməsinə görə cinayət işi başlanıb.

Bu barədə Teleqraf.com-a Ağstafa rayon Prokurorluğundan bildirilib.

Ağstafa rayon Dağkəsəmən kənd bələdiyyəsində baş vermiş qanunsuzluqlarla bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Ariz Bayramovun Dağkəsəmən kənd bələdiyyəsinin sədri işlədiyi müddətdə bələdiyyə əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.2 (təkrar mənimsəmə), 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.


Müəllif: Hacı Zeynalov