Bərdədə rayonunda 5 nəfərin öldüyü yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb.
Teleqraf.com xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb, ekspertizalar təyin edilib.
Qeyd edək ki, fevralın 2-də Yevlax-Ağdam-Laçın yolunun qapalı təmir olunan 37-ci kilometrliyində Bərdə rayonu Qaradəmirçi kənd sakini, 1998-ci il təvəllüdlü Ceyhun Quliyevin idarə etdiyi VAZ-21214 markalı 90-EA-774dövlət qeydiyyat nişanlı avtomobillə Ağdam rayonu istiqamətində hərəkətdə olan zaman qarşıdan gələn Bərdə rayonu Mirzəcəfərli kənd sakini, 1995-ci il təvəllüdlü İlkin Baxşəliyevin idarə etdiyi “Mersdes Benz” markalı 34-BG-302 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.
Nəticədə hər iki sürücü və “Mersdes Benz” markalı avtomobildə olan sərnişinlər Bərdə rayonu Mircəfərli kənd sakinləri 1972-ci il təvəllüdlü Kərəmova Xalidə İsa qızı, 1968-ci il təvəllüdlü Baxşəliyev Məhərrəm Nüsrət oğlu, 1998-ci il təvəllüdlü Baxşəliyeva Məftunə Məhərrəm qızı hadisə yerində ölüb.
2001-ci il təvəllüdlü Baxşəliyeva Fəridə Məhərrəm qızı müxtəlif bədədn xəsarətləri alaraq Bərdə rayon diaqnostika Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.