Yaponiyanın İzu adaları yaxınlığında 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
Teleqraf.com-un məlumatına görə, bu barədə Avropa-Aralıq Seysmoloji Mərkəzindən bildirilib.
Məlumata əsasən, zəlzələnin episentri 50 min insanın yaşadığı Tateyama şəhərindən 292 km cənub-şərqdə, ocağı isə 60 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.