Bakının Suraxanı rayonunda yol qəzası baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə Səttar Bəhlulzadə küçəsində qeydə alınıb.
Belə ki, taksi fəaliyyəti ilə məşğul olan sürücü “Toyota” markalı avtomobillə yolayrıcı betona çırpılıb.
Qəza nəticəsində sərnişinlər 1983-cü il təvəllüdlü Hümbətova Samirə İsa qızı və 2000-ci il təvəllüdlü Quliyev Selnur Erlan oğlu müxtəlif bədən xəsarətləri alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.