6 Fevral 2023 17:39
1 221
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə zəlzələdə ölənlərin sayı 1121 nəfərə çatıb.

Teleqraf.com Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

***

16:20

Türkiyədə zəlzələdə ölənlərin sayı 1014 nəfərə çatıb.

Teleqraf.com Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

***

14:14

Türkiyədəki zəlzələdə ölənlərin sayı 912 nəfərə çatıb.

Teleqraf.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, 5385 nəfər yaralıdır.

***

11:23

Türkiyədəki zəlzələdə ölənlərin sayı 284 nəfərə çatıb.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 2323 nəfər yaralanıb.

F.Oktay bildirib ki, 1710 nəfər dağıntılar altında qalıb.

***

09:14

Türkiyədə Bakı vaxtı ilə saat 07.30-a olan məlumata əsasən 7 şəhərdə zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

***

08:08

Türkiyənin Malatya şəhərində zəlzələ nəticəsində ölənlərin sayı 23-ə yüksəlib, 420 nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə şəhərin valisi Hulusi Şahin bildirib.

Onun sözlərinə görə, bölgədə 140 dağılmış bina var.


Müəllif: Teleqraf.com