6 Fevral 2023 12:03
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada güclü zəlzələdə ölənlərin sayı 427-yə çatıb.

Teleqraf.com Suriya KİV-inə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, 600 nəfər yaralanıb.

***

10:29

Suriyanın şimalında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 237-yə çatıb.

Teleqraf.com Suriya KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.

Bildirilib ki, zəlzələ nəticəsində 639 nəfər xəsarət alıb.

Qeyd olunub ki, Hələb, İdlib, Latakiya və Həma əyalətlərində dağılmış binaların altında onlarla adam qalıb.

***

09:50

Suriyanın şimalında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 100-ü keçib.

Teleqraf.com Suriya KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Hələb, İdlib, Latakiya və Həma əyalətlərində dağılmış binaların altında onlarla adam qalıb. 400-ə yaxın adam dağıntıların altından çıxarılıb.


Müəllif: Teleqraf.com