6 Fevral 2023 15:07
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün saat 10.30-da Qəbələ şəhəri ərazisində Mənsur Məmmədovun idarə etdiyi “VAZ-2107”, Rəhim Məmmədovun idarə etdiyi “VAZ-2106” və Ələsgər Mikayılovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Nəticədə iki nəqliyyat vasitəsinin sürücüsü - M.Məmmədov və R.Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Mənsur Məmmədov polis nəfəridir və hadisə xidmətdən kənar vaxtı qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov