Ötən il rayon sakini Rəşad Kərimovun itkin düşməsi ilə bağlı Yevlax rayon polis şöbəsinə məlumat daxil olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxilin İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.
Bu gün səhər saatlarında R.Kərimovun meyiti Yuxarı Şirvan suvarma kanalından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Meyitə ilkin baxış zamanı zorakılıq əlamətləri aşkar edilməyib, onun intihar etdiyi ehtimal olunur.
Faktla bağlı araşdırmalar davam etdirilir.