11 Fevral 2023 09:25
398
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda kütləvi dava olub, 2 nəfər qətlə yetirilib.

Bu barədə "Report"a Nizami Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, yanvarın 11-i saat 2 radələrində Bakı şəhərinin Nizami rayonu ərazisində İlkin Rzayev və Xəyal Rəhimovun ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmanın gedişində 6 nəfər şəxsin Keşlə qəsəbəsində mübahisə etməsi və mübahisə zamanı orada olan Rauf Hüseynov və Ramin İsayev tərəfindən bıçaqla xəsarət yetirilməsi nəticəsində İlkin Rzayevin hadisə yerində, Xəyal Rəhimovun isə xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 221.3-cü ( silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddələrilə cinayət işi başlanıb

İş üzrə 4 nəfər şübhəli şəxs qismində saxlanılıb.

İbtidai istintaq davam etdirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər