Türkiyədə baş verən iki güclü zəlzələdən 156 saat sonra dağıntılar altından 9 yaşlı uşaq xilas edilib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Semih Ege Qaziantepdə hündürmərtəbəli yaşayış binasının dağıntılarından çıxarılıb.
Həmin görüntüləri təqdim edirik:
Qeyd edək ki, Türkiyədə baş verən zəlzələ nəticəsində həlak olanları sayı 29 min 605 nəfərə çatıb.