14 Fevral 2023 16:32
2 646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Malatyada xilasedicilər azərbaycanlı tələbələrin yaşadığı binada dağıntılar altından 2 cəsəd çıxarıb.

Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat katibi Aygün Qocayeva Teleqraf.com-a bildirib ki, həmin cəsədlərin şəxsiyyəti hələ müəyyən olunmayıb.

"Çıxarılan cəsədlərin tələbələrimizə aid olması barədə xəbərlər doğru deyil", - o deyib.

***

15:25

Xəbər verdiyimiz kimi Malatayda dağıntılar altında qalmış Malatya İnönü Universitetinin tələbəsi Gündüz Nəzərzadənin əşyaları dağıntılar altından çıxarılıb.

Teleqraf.com xəbər verir ki, xilasedicilər hazırda ərazidən cəsədləri çıxarır.

Cəsədlərin tanınması məqsədi ilə tələbələrimizin ailələri də həmin əraziyə dəvət edilib.

Qeyd edək ki, Malatya şəhərində İnönü Universitetinin tələbələri Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin yaşadığı bina dağıntı altında qalıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər