Bakının Binəqədi rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yerləşən şirkətlərdən birinin anbarından 32.800 manat dəyərində əlvan metalların qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Qubadlı rayon sakini Arzuman Əhmədov, Şəki rayon sakini Hilal Əhmədov, Bakı şəhər sakinləri Elvin Əsgərov və Rövşən İbrahimov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.