15 Fevral 2023 15:43
455
12 Punto 14 Punto 16 Punto 18 Punto

Babək rayon sakini, 2000-ci il təvəllüdlü Zenfira Quliyevanın “Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzi” Publik Hüquqi Şəxsdə uşağının ölü doğulması faktı ilə bağlı Naxçıvan şəhər Prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Teleqraf.com-a Naxçıvan Muxtar Respublikası Prokurorluğundan bildirilib.

Xəstəxananın həkimləri tərəfindən tibbi yardımın tam həcmdə göstərilməməsi nəticəsində dölün ölü doğulmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq Naxçıvan Muxtar Respublikası Prokurorluğunun istintaq şöbəsində davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər