Kolumbiyada 5,2 bal gücündə zəlzələ olub.
Teleqraf.com xəbər verir ki, yeraltı təkanlar Kolumbiyanın şimal mərkəzində və Venesuelanın qərbində hiss edilib. Məlumata görə, zəlzələ təxminən 161 km dərinlikdə baş verib və yüngül silkələnmə hiss olunub.
Zəlzələ nəticəsində tələfat və dağıntılar barədə isə hələ ki, məlumat yoxdur.