16 Fevral 2023 12:11
9 902
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə zəlzələ qurbanı olan azərbaycanlı tələbə Gündüz Nəzərzadə Sumqayıt qəbiristanlığında torpağa tapşırılıb.

Teleqraf.com xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri, yaxın qohumları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

***

10:55

Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbə Gündüz Nəzərzadə ilə Sumqayıtda vida mərasimi keçirilir.

Teleqraf.com-un məlumatına görə, mərasimində mərhumun ailə üzvləri, qohumları, ictimaiyyət nümayəndələri, Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi iştirak edir.

Malatya şəhər İnönü Universitetində tibb üzrə magistr tələbəsi Gündüz Nəzərzadə Sumqayıt qəbiristanlığında dəfn olunacaq.


Müəllif: Foto: Elnur Muxtar, Nərmin Muradova