17 Fevral 2023 13:22
393
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəranda tamah məqsədilə evə girən şəxs ev sahibini qətlə yetirib.

DİN-in mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, hadisə bu gün rayonun Yuxarınüvədi kəndində baş verib.

Belə ki, 1952-ci il təvəllüdlü Zümrüd Əliyevanın bıçaq xəsarətlərindən ölməsi barədə polisə məlumat daxil olub. İlkin araşdırmalarla cinayət əməlinin tamah məqsədilə törədilməsi müəyyən edilib. Evdən 5000 manat pul və qızıl zinət əşyaları talanıb.

Cinayəti törətməkdə şübhəli bilinən şəxsin (şəxslərin) müəyyən olunub saxlanılması istiqamətində tədbirlər görülür.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər