19 Fevral 2023 14:32
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərtər rayonunda iki nəfərin qətlə yetirilməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Teleqraf.com xəbər verir ki, hadisə qısqanclıq zəminində baş verib.

Qətlə yetirilən Gülnar Məmmədova Tərtər rayon İcra Hakimiyyətinin iqtisadiyyat şöbəsinin baş məsləhətçi, digər qətlə yetirilən Namiq Allahverdiyev isə onların evində usta işləyib.

Hadisəni törədən, Gülnar Məmmədovanın həyat yoldaşı Asif Məmmədov onların yaxın münasibətlərindən şübhələnib. Bu gün səhər saatlarında Asif Məmmədov evinə qayıdarkən həyat yoldaşını Namiq Allahverdiyevlə yataqda tutub. O odlu silahla Namiq Allahverdiyevin qətlə yetirdikdən sonra arvadının da başını kəsib.

***

11.22

Fevralın 19-da, saat 09:40 radələrində Tərtər rayon sakinləri 1981-ci il təvəllüdlü Gülnar Məmmədovanın və 1991-ci il təvəllüdlü Namiq Allahverdiyevin ölməsinə dair məlumat daxil olub.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Tərtər rayon prokurorluğu və rayon polis şəbəsinin əməkdaşları tərəfindən keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Namiq Allahverdiyevin odlu silahla, Gülnar Məmmədovanın isə kəsici-deşici alətlə sonuncunun əri 1979-cu il təvəllüdlü Asəf Məmmədov tərəfindən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər