Türkiyənin Hatay əyalətində zəlzələ nəticəsində bəzi binalar dağılıb, dağıntılar altında qalanlar var.
Teleqraf.com xəbər verir ki, bunu Hatayın bələdiyyə sədri Lütfü Savaş deyib.
Xatırladaq ki, Türkiyənin Hatay əyalətində 6,4 və 5,8 bal gücündə zəlzələlər baş verib.
Zəlzələlərdən sonra Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi Türkiyədə baş verən güclü zəlzələlərdən sonra sunami təhlükəsi barədə xəbərdarlıq edib.
Eyni zamanda, AFAD-dan vətəndaşlara sahilə yaxın ərazilərdən uzaq durmaq tövsiyə edilib.