Mingəçevirdə xilasedicilər bağlı qapılar arxasında köməksiz qalan 71 yaşlı rus sakinin köməyinə yetişib.
Teleqraf.com xəbər verir ki, hadisə az öncə M.F.Axundov küçəsi 4, mənzil 8-də baş verib.
Daxil olan məlumat əsasında FHN-nin xilas etmə qrupu qapını açaraq mənzilə daxil olduğu zaman ayaqları tutularaq köməksiz vəziyyətdə qalan 1952-ci il təvəllüdlü şəhər sakini Zubilinski Nikokay Vladimiroviçi aşkar edib.Qurtulan şəxs tibb işçilərinə təhvil verilib.