21 Fevral 2023 11:14
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda oğurluq edən şəxslərin tutulması üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Maştağa qəsəbəsi ərazisində “İsuzu” markalı bir avtomobildən müxtəlif üsul və vasitələrlə 2000 manat pul və mobil telefon, “Ford” markalı digər avtomobildən isə mobil telefon oğurlamaqda şübhəli bilinən Cəbrayıl rayon sakini, əvvəllər məhkum olunmuş R.Səfərov müəyyən olunaraq saxlanılıb.

Bundan başqa, Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Cavadxan küçəsində “Hyundai” markalı bir avtomobildən müxtəlif üsul və vasitələrlə 100 manat və 800 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Niftəliyev və Xırdalan şəhər sakini A.Mənsimov, 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində isə Xocəsən qəsəbəsi ərazisində “Toyota” markalı bir avtomobildən pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Rzayev müəyyən olunaraq saxlanılıblar.

Fevralın 19-da saat 18 radələrində Nizami rayonunun B.Nuriyev küçəsində “Nissan” markalı bir avtomobilin dövlət qeydiyyat nişanlarının çıxarılaraq yerə atılması, qanadları və qapılarının cızılaraq 2200 manat dəyərində maddi ziyan vurulması barədə polisə məlumat daxil olub.

Nizami rayon Polis İdarəsinin 24-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ramil Quliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla onun həmin gün eyni küçədə “Mercedes”, “Ford”, “Hyundai”, və “KİA” markalı daha 5 avtomobilin qapılarını, qanad və mühərrik örtüklərini cızaraq avtomobil sahiblərinə ümumilikdə 1600 manat dəyərində maddi ziyan vurması da müəyyən olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər