Culfa rayon polis şöbəsinin Dövlət yol polisi qrupunun əməkdaşları Culfa şəhər Heydər Əliyev prospektində "72 BR 842" dövlət nömrə nişanlı avtomobili ciddi qayda pozuntusu törətdiyinə görə saxlayıblar.
Bu barədə Teleqraf.com-a Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən bildirilib.
Həmin an sürücü Ceyhun Əliyevin içkili olduğu məlum olub.
Polisin qanuni tələbinə tabe olmaq istəməyən sürücü hərəkətə davam etmək istəyib.
.Sürücü saxlanılaraq Culfa rayon polis şöbəsinə aparılıb və onun barəsində toplanmış materiallar Culfa rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə Ceyhun Əliyev 12 gün müddətinə inzibati qaydada həbs edilib.