Salyanın Cadırlı kəndində 13 yaşlı qız cinsi zorakılığa məruz qalıb.
Teleqraf.com xəbər verir ki, bununla bağlı sosial şəbəkədə məlumat yayılıb. İlkin məlumata görə, azyaşlının atası rəhmətə gedib, anası isə psixiatriya xəstəxanadadır.
DİN-in Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, əməldə təqsirli bilinən 4 nəfər istintaq-əməliyyat tədbirləri ilə müəyyən olunaraq barələrində həbs qətimkan tədbirləri seçilib: "Hazırda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə başlanan cinayət işi üzrə polis və prokurorluq əməkdaşları tərəfindən istintaq hərəkətləri davam etdirilir".